Pakistanda daşqın qurbanlarının sayı artdı — Fotolar+Yenilənib

Pakistanda iyunun 14-dən bu yana yağan musson yağışları nəticəsində həlak olanların sayı artaraq 1162 nəfərə çatıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, güclü daşqınlar səbəbindən 3554 nəfər yaralanıb. 

ABŞ rəhbərliyi hazırda təbii fəlakətlə mübarizə aparan Pakistana 30 milyon dollar əlavə yardım ayıracağını açıqlayıb.

***

Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin hesabatında qeyd olunur ki, Pakistanda iyunun ortalarından bəri davam edən daşqınlar nəticəsində azı 1208 nəfər ölüb, daha 6082 nəfər zərər

Həmçinin hesabatda bildirilib ki, daşqın zamanı 1,1 milyondan çox ev dağılıb.

***

Pakistan Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (NDMA) məlumatına görə, iyunun 14-dən davam edən yağışlar nəticəsində 579-u uşaq və 325-i qadın olmaqla 1606 nəfər ölüb, 12863 nəfər yaralanıb.

Yağışlar nəticəsində 2 milyon 16 min 25 evə ziyan dəyib, onlardan 805 min 3-ü tamamilə dağılıb.

Daşqınlar nəticəsində ümumilikdə 13 min 74 kilometr yol, 392 körpü dağılıb, 1 milyon 67 min 241 təsərrüfat heyvanı tələf olub.

Yağışlardan 33,4 milyon insan zərər çəkib.


Share: