Bakıda kişi bıçaqla özünü ürəyindən vurdu

Bakıda daha bir intihar olub.

Lent.az-ın xəbərinə görə, hadisə Xəzər rayonu Binə Südçülük Sovxozunda baş verib.

1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olan 50 yaşlı Orucov Səyyaf Yunis oğlu döş qəfəsinə (ürəyinə) bir ədəd bıçaq vuraraq özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Share: