Pakistanda 5,4 maqnitudalı zəlzələ olub

Pakistanın Qərbində 5,4 maqnitudalı zəlzələ baş verib.

xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 27 min 600 nəfər əhalisi olan Nuşki şəhərindən (Bəlucistan əyaləti) 67 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Share: