Bakıda piyadanı avtomobil vurub

Bakının Qaradağ rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

xəbər verir ki, qəza Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Lökbatan dairəsində yolun müəyyən edilməmiş hissəsindən keçən 1983-cü il təvəllüdlü Hacıyev Zaur Saday oğlunu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Share: