Pakistan 100-ə yaxın əfqan uşağı həbsxanalardan azad edib

Pakistan hakimiyyəti Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib.

Bu barədə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.

Azad olunan şəxslər arasında 100-ə yaxın uşaq var.

Qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.

Mənbə: İnterfax

Share: