Yaponiyada arxeoloji qazıntı zamanı nəhəng polad qılınc aşkar edilib

Yaponiyada arxeoloji qazıntı işləri aparan alimlər nəhəng polad qılınc aşkar ediblər.

“Dako” qılıncı kimi tanınan silah ilan formasına malikdir və ölüləri pis ruhlardan qorumaq üçün istifadə edildiyi güman edilir.

“Belə qılınclar cəmiyyətin yüksək sosial təbəqəsini təmsil edən nüfuzlu şəxslərə aid olub” – deyə Nara Universitetinin professoru Naohiro Toyoşima bildirib.

Arxeoloqlar bildiriblər ki, qılınc 1 600 il əvvələ aiddir.

Arxeoloqlar bu artefaktın hərbi dəfnlərlə yanaşı dəfn edildiyini və hərbi, dini mərasimlərdə əhəmiyyət kəsb etdiyini ehtimal edirlər.

Mənbə: The Mirror

Share: