Misirdən Suriya hakimiyyətinə dəstək

Misir Suriyanın özünün bütün ərazisində suverenliyinin bərpasının tərəfdarıdır.

Bu sözləri Misirin xarici işlər naziri Sameh Şükri Suriyanın xarici işlər naziri Faysal Miqdad ilə Qahirədə keçirilən görüşündə deyib.

Misirin XİN başçısı Suriya münaqişəsinin hərtərəfli siyasi həllinin və Suriyanın daxili işlərinə xarici müdaxilənin son qoyulmasının tərəfdarı olduqlarını bəyan edib.

Qeyd edək ki, bu, Suriya Xarici İşlər Nazirliyi rəhbərinin 2011-ci ilin yazından sonra Qahirəyə ilk səfəridir.

Mənbə: Al-Youm Al-Sabia

Share: