Vüqar Kərəmov yaponiyalı döyüşçüyə uduzaraq kəmərini qoruya bilməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Rizin” Döyüş Federasiyasının “Landmark 7” turniri başa çatıb.

“Report”un məlumatına görə, gecənin əsas görüşü Azərbaycan təmsilçisi Vüqar Kərəmovla (66 kq) yaponiyalı Çihiro Suzuki arasında keçirilib.

31 yaşlı MMA döyüşçümüz rəqibinə uduzaraq kəmərini qoruya bilməyib.

Suzuki ilk raundda nokautla qalib gəlib.

22:03

“Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində daha bir görüş başa çatıb.

“Report”un məlumatına görə, azərbaycanlı Tofiq Musayev Yaponiya təmsilçisi Toji Takeda ilə üz-üzə gəlib.

MMA döyüşçümüz üçüncü raundda rəqibinə nokautla qalib gəlib.

21:41

“Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində daha bir görüş başa çatıb.

“Report”un məlumatına görə, azərbaycanlı Nəriman Abbasov Rusiya təmsilçisi Ali Abdulxalikov ilə üz-üzə gəlib.

Qarşılaşma bərabər səviyyədə keçsə də, hakimlərin qərarına əsasən, rəqib qalib elan edilib.

Daha əvvəl MMA döyüşçülərimizdən Mehman Məmmədov qələbə qazansa da, Tural Rəhimov uduzub.

20:31

“Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində daha bir görüş başa çatıb.

“Report”un məlumatına görə, Azərbaycan idmançısı Tural Rəhimov cənubi koreyalı Kyun Pyu Kimlə üz-üzə gəlib.

Asiya təmsilçisi bir dəqiqənin tamamında qələbəsini rəsmiləşdirib.

19:01

“Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində daha 4 görüş başa çatıb.

“Report”un məlumatına görə, günün ikinci qarşılaşmasında Gürcüstan təmsilçisi Şota Betlemidze portuqaliyalı Quentin Dominqosa qalib gəlib.

Üçüncü dueldə Vladislav Rudniyev qazaxıstanlı İlyar Asxanova, dördüncü görüşdə isə Özbəkistan təmsilçisi İlxam Nazimov kamerunlu Jaures Deanı məğlub edib.

Nəhayət, qadınların mübarizəsində ukraynalı Anastasiya Svetkivska qırğızıstanlı Fəridə Abduyevaya şans verməyib.

18:20

“Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirinə start verilib.

“Report”un məlumatına görə, ilk dueldə Latviya təmsilçisi Hasan Mezhiyev qazaxıstanlı Konstantin Merkulovla üz-üzə gəlib.

Görüş Latviyadan olan MMA döyüşçüsünün qələbəsi ilə bitib. O, ilk raundda rəqibinə boğucu fəndlə qalib gəlib.

Qeyd edək ki, Azərbaycanın 5 təmsilçisi “Landmark 7” turnirində qüvvəsini sınayacaq.

Share: