Türkiyədə “Quş cənnəti” sürətlə quruyur

Türkiyənin Van bölgəsində son illərdə yağıntıların azalması və buxarlanmanın artması ilə əlaqədar “Quş cənnəti” adlandırılan Erçek gölü sürətlə qurumağa başlayıb.

Qeyd olunur ki, son illərə qədər Erçek gölü nəsli kəsilmək təhlükəsi altında olan bir çox quş növlərinin əsas məskənlərindən biri hesab edilib.

Məlumata görə, Türkiyədəki təxminən 230 quş növünün məskunlaşdığı bu ərazidə su çəkildiyi üçün quşların populyasiyası təhlükə ilə üz-üzə qalıb.

Mənbə: İHA

Share: