ABŞ-li kişi təsadüfən bağçasında sümüklə dolu çamadan tapıb

Cütlük təsadüfən evlərinin bağçasında sümüklə dolu çamadan tapıb.

ABŞ-dən olan Rebekka-Linn Ekols “TikTok” hesabında bu qorxulu tapıntıdan danışıb. Ekols bildirib ki, əri ağac əkmək üçün çuxur qazarkən içində sümüklər olan çamadan tapıb. O, çamadanın çərçivəsinin parçalarına və parça qalıqlarına rast gəlib, daha sonra isə kökə bənzəyən bir şey tapıb. Onu torpaqdan çıxarmaq üçün əyiləndə əlində sümük olduğunu görüb. Kişi dərhal polisə zəng vurub.

Sentyabrın 16-da o, evinin bağçasında polis əməkdaşlarının olduğunu göstərən ilk videonu paylaşıb.

Bir neçə gün sonra qadın başqa bir video paylaşıb. Həmin gün Ekolsların bağında artıq 12 polis əməkdaşı işləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları torpaqda kəllə sümüyünü tapmayıb və sümüklər DNT testinə göndərilib ki, bu da onların insana, yoxsa heyvana aid olduğunu müəyyənləşdirməyə kömək edəcək.

Cütlük onların əvvəlki evləri qasırğa nəticəsində dağıldıqdan sonra 7 ay əvvəl Floridada yeni evə köçüblər. Onlardan əvvəl orada bir ilə yaxın bir ailə yaşasa da, daxili münaqişələr səbəbindən həmin evdən köçüblər. Daha əvvəl isə ev ərazidə çoxlu sayda heyvan saxlayan və patoloji xəstəlikdən əziyyət çəkən insanlara məxsus olub.

Polis ev sahiblərindən hər hansı birinin tutularaq həbs edilməmişdən əvvəl ərazidə fəaliyyət göstərən Oadis Uayt adlı manyakla əlaqəsinin olub-olmadığını araşdırır.

Xatırladaq ki, manyak O.Uayt 2011-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.

Mənbə: Lenta.ru

Share: