Tailandın baş naziri Rusiya prezidenti ilə görüşə çəhrayı corabda gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin Pekində Tailandın Baş naziri Sretta Tavisin ilə görüşüb. 

Jurnalistlər görüş zamanı maraqlı bir məqama diqqət çəkiblər. Belə ki, Sretta Tavisin danışıqlara çəhrayı corabda gəlib.

Jurnalistlərin çoxu asiyalı siyasətçinin bu davranışını protokola qeyri-ciddi yanaşma kimi qiymətləndiriblər.

Söhbət zamanı Vladimir Putin qeyd edib ki, Tailand Rusiyanın Cənub-Şərqi Asiyada ən qədim tərəfdaşıdır. Putin, həmçinin xatırladıb ki, 2022-ci ildə ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 125 ili tamam olub.

Mənbə: News.ru

Share: