Hindistanda partlayış: Ölən və yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın cənubundakı Tamilnad ştatında iki anbarda pirotexniki vasitələrin partlaması nəticəsində azı 11 nəfər ölüb, yaralananlar var.

Bu barədə “NDTV” telekanalı məlumat yayıb.

Hadisələr çərşənbə axşamı bir-birindən təxminən 20 km məsafədə yerləşən Sivakasi və Kammapatti yaşayış məntəqələrində baş verib. Hadisələrin bir-birindən asılı olmayaraq baş verdiyi qeyd edilir.

Polis idarəsindən bildirilib ki, hər iki şirkətin pirotexniki vasitələrlə işləmək üçün lisenziyası olub. Telekanalın verdiyi məlumata görə, hər iki anbar satış məntəqəsi kimi fəaliyyət göstərib, ölənlərin isə şirkətlərin işçiləri olduğu ehtimal edilir.

Share: