Şahzadə Uilyam İngiltərə millisinə baş çəkib

Şahzadə Uilyam İngiltərə milli futbol komandası ilə məşq meydançasında görüşüb və hər kəsin onlara ümid etdiyini deyib.

Bu barədə Daily Mail yazır.

Bildirilib ki, Uels şahzadəsi Qətərdə keçiriləcək Dünya Çempionatı öncəsi 26 nəfərlik İngiltərə yığmasına və baş məşqçi Qaret Sautqeytə uğurlar arzulamaq üçün Staffordşirə gəlib.

Kral ailəsinin üzvü oyunçuların hər birinə nömrələnmiş formalar verib və ingilis futbol ulduzları Harri Keyn, Cek Qriliş və Markus Reşfordla danışıb.

Qeyd edək ki, İngiltərə qrupdakı ilk oyununu gələn həftə İrana qarşı keçirəcək.

Mənbə: gazeta.ru

Share: