NATO-nun Baş katibi Polşa Prezidenti ilə telefonla danışdı

NATO-nun Baş katibi Yens Stoltenberqin Polşa Prezidenti Andjey Duda ilə telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Alyansın başçısı tviterdə bildirib.

“Prezident Duda ilə Polşadakı partlayışla bağlı danışdım. İnsan itkisinə görə başsağlığı verdim. NATO vəziyyəti izləyir və müttəfiqlər yaxından məsləhətləşmələr aparır. Bütün faktların müəyyən edilməsi vacibdir”, – Stoltenberq vurğulayıb.

 


Share: