Şahdağ Milli Parkında yanğın başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

O, “Report”a bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:

“Hazırda ETSN və FHN əməkdaşları yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.

16:46

Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Tikanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunublar.

 

Share: