Rusiyada “Muscle car” sahibləri paytaxtda əyləncəli tamaşa təşkil etdilər

Onlarla “Chevrolet Camaro”, “Dodge Challenger”, “Ford Mustang” və digər bahalı modellər Rusiyanın paytatı Moskva şəhərində toplaşıb. Bahalı avtomobillərin sahibləri möhtəşəm kütləvi avtoyarışlar təşkil etməyi, özlərini lentə almağı və fərqli olduqlarını sosial şəbəkələrdə nümayiş etməyi xoşlayırlar.

Lakin, SHOT “Telegram” kanalının verdiyi məlumata görə, səlahiyyətli orqanlar gözəl yürüşləri sevənlərə kütləvi avtoyarış üçün icazə verməyib. Odur ki, ötən il onlarla majorun qanunsuz yarışda iştirak etdiklərinə görə saxlanıldığı ssenarisinin təkrarlanmaması üçün bahalı maşın sahibləri təvazökarlıqla dayanacağa toplaşaraq avtomobillərinə baxıb həzz aldıqdan sonra söhbət edib gediblər.

Bu dəfə saxlanılanlarla bağlı heç bir məlumat olmayıb.

Mənbə: SHOT “Telegram” kanalı

Share: