Rusiyada konduktor çörəyini sərnişinlərin başının üstündə gəzməklə çıxarır

Rusiyada avtobusların birində çəkilən görüntülər sosial şəbəkələrdə gülüşlə qarşılanıb. Kadrlarda konduktorun insanların basabas olduğu avtobusda “Hörümçək adam” stilindən istifadə edərək pul topladığı görünür.

Kadrlar Xabarovskda 25 saylı marşrutda qeydə alınıb.

Daşıyıcı şirkətin rəhbərliyi görüntülərlə əlaqədar bildirib ki, bütün avtobuslarda kameralara baxmağı tapşırıblar, amma onların sayı çoxdur və ancaq üç günə bu barədə nəsə deyə bilərlər.

Mənbə: Kp.ru

Share: