“Krıma endirilən heç bir zərbə cavabsız qalmayacaq”

“ABŞ və ya NATO Zelenski rejiminə hansı silahları versə, biz onu məhv edəcəyik”.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

O bildirib ki, təkcə həmin silahlar məhv edilməyəcək, həm də Krıma endirilən heç bir zərbə cavabsız qalmayacaq.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ ilk dəfə Ukraynaya “Sea Sparrow” zenit raketləri göndərəcəyini açıqlamışdı. Bu raketləri qanadlı raket və yaxud təyyarələri zərərsizləşdirmək üçün həm dənizdən, həm də qurudan buraxmaq mümkündür.


Share: