Quru meyvə bazarlarında hərc-mərclik

Mövsümündən asılı olmayaraq quru meyvələrə hər zaman tələbat var. Amma təəssüf ki, nə bazarlarda, nə də əksər marketlərdə bu qida məhsullarının saxlanılmasında gigiyenik tələblər gözlənilir. Quru meyvələr hər yerdə üstüaçıq şəkildə alıcıya təklif edilir.

Baku TV-nin əməkdaşları məsələ ilə bağlı araşdırma aparıblar. Paytaxt sakinləri bu barədə öz narahatlıqlarını dilə gətiriblər:

“Yaxşı olar ki, quru meyvələr üstüörtülü şəkildə satışa qoyulsun”.

Bu məsələdə satıcıların da öz arqumentləri var:

“Bütün bazar quru meyvələri üstüaçıq şəkildə satır. Mən bağlı satsam, gərək dükanı bağlayıb gedim”.

Quru meyvələrin satışında digər narahatedici məqamlardan biri də bu məhsulların son istifadə tarixlərinin göstərilməməsi, hətta çox vaxt satıcının özünün belə bundan xəbərsiz olmasıdır.

Ətraflı videonu təqdim edirik:

Share: