Qəbələdə iki avtomobil toqquşdu: Ölən şəxsin kimliyi bilindi

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən şəxsin kimliyi bilinib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, oktyabrın 9-u saat 20 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində VAZ-2107 markalı avtomobillə “Ford” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində VAZ-2107 avtomobilindəki sərnişin, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Elşad Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

09.10.2023, 21:52

Qəbələ baş vermiş qəzanın bəzi detalları aydın olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, “Ford” markalı avtomobili Qəbələ rayonu Xırxatala kənd sakini Hacıalı Comərd oğlu Zeynalovun idarə etdiyi məlum olub. VAZ-2107 markalı avtomobildə isə Ağdaş rayonunun sakinləri olublar.

İlkin məlumata əsasən, qəza nəticəsində VAZ-2107 markalı minik avtomobilində olan Ağdaş rayon sakini dünyasını dəyişib. Sürücü isə ağır vəziyyətdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

09.10.2023, 21:25

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı mikroavtobus VAZ-2107 markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata əsasən hadisə nəticəsində dünyasını dəyişən var.

Əlavə məlumat veriləcək.

Share: