Fələstin Prezidenti Rusiyaya səfər edəcək

“Hazırda Fələstin Prezidenti Mahmud Abbasın Moskvaya səfərinə hazırlıq gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl “Rossiya 24” telekanalının efirində bildirib.

O əlavə edib ki, Fələstin tərəfi Moskvanın Fələstin-İsrail nizamlanması ilə bağlı mövqeyini yüksək qiymətləndirir.


Share: