OPEC+ neft hasilatını azaldacaq

OPEC+ ölkələri nazirləri konfransında oktyabr ayı üçün neft hasilatının sutkada 100 min barel azaldılması qərar alınıb.

Bu məlumat OPEC-in saytında dərc olunan yekun kommünikedə təsdiqlənib.

Alyans ölkələri hasilatı avqust səviyyəsinə qayıtmağa razılaşıblar.

Bununla yanaşı, kommünikedə vurğulanıb ki, hasilatın sutkada 100 min barrel artırılmasına dair bir ay əvvəl qəbul edilmiş qərar yalnız sentyabr ayına hesablanıb.

Qeyd edək ki, OPEC+ ölkələri nazirlərinin növbəti iclası oktyabrın 5-nə planlaşdırılıb.

Mənbə: TASS

Share: