Niderland millisinin yeni baş məşqçisi təsdiqlənib

Ronald Kuman Niderland millisinin baş məşqçisi postuna qayıdıb.

59 yaşlı mütəxəssis Lui van Qalı əvəz edərək Kral Futbol İttifaqı ilə müqavilə imzalayıb.

Kuman “Barselona”ya getməzdən əvvəl 2018-2020-ci illərdə ölkəsinin seçmə komandasını çalışdırıb.

Qeyd edək ki, Kumanın millidə van Qalı əvəzləyəcəyi faktı hələ ötən ilin aprelində məlum olub.

Mənbə: sports.ru

Share: