Niderland millisinin yeni baş məşqçisi açıqlandı

Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.

“Qafqazinfo” Niderland Futbol Federasiyasına istinadən xəbər verir ki, bu vəzifəyə Ronald Kuman təyin olunub.

O, istefaya göndərilən Lui Van Qalı əvəzləyib. Mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, R.Kuman 2018-2020-ci illərdə də Niderland millisini çalışdırıb.


Share: