Mütəxəssis: “Binaların inşası zamanı zəlzələyə davamlılıq hesablanmalıdır”

“Binaların seysmik davamlılığının aşağı səviyyədə olması təbii fəlakət zamanı böyük faciələri qaçılmaz edir. Ona görə də yaşayış binaları inşa edilən zaman onların zəlzələyə davamlılığı hesablanmalıdır”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhülkənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev deyib.

Onun sözlərinə görə, tikinti sektorunda texniki normativlərə əməl olunması zamanı müxtəlif ölkələrin təcrübələrindən bəhrələnmək lazımdır.

Şöbə müdiri qabaqlayıcı tədbirlər üçün seysmik risk xəritəsinin hazırlanmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu xəritə əsasında riskləri müddətə görə təyin etmək mümkündür.

Qeyd edək ki, Elm və təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda “Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr” mövzusunda ümumrespublika elmi seminarı keçirilib.

Daha ətraflı süjetdə:

Share: