Dağıntılar altından 88 yaşlı qadın da xilas edildi

Türkiyənin Hatay şəhərində 88 yaşlı qadın dağıntılar altından 62 saat sonra xilas edilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, betonu divar qazma alətləri ilə kəsən xilasedicilər uzun mübarizədən sonra Kalkap Değirmenciyə çatıblar.

Zəlzələdən 62 saat sonra dağıntılar altından xilas edilən Değirmenci təcili yardımla xəstəxanaya aparılıb.


Share: