Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub

Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlunun nəşi Qəbələ rayonuna gətirilib.

​”Report”un​ Şimal-qərb bürosunun məlumatına görə, hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında dəfn olunub.

19:09

Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Faktla bağlı araşdırma aparılır.

16:44

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.

“Report”un məlumatına görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Share: