Meksikada avtomobillər güclü yağan yağış sularının altında qalıb

Anomal leysan yağışlar Meksikanın cənub-şərqində daşqınlara səbəb olub. Nəticədə şəhərdə avtomobillər “üzməyə” başlayıblar.

Məlumata görə, güclü yağışlar nəticəsində su altında qalan Kuautepek şəhəri zərər çəkib. Şəhərin küçələri dağ çaylarına bənzəyib, su axını sahibləri ilə birlikdə avtomobilləri yuyub aparıb.

Bu zaman su bəzi avtomobillərin damının üstünə qədər çıxıb. Hadisə şahidinin lentə aldığı kadrlarda üç avtomobilin hələ yerində dayanan avtomobillərə dəyərək küçə ilə aşağı “üzdüyünü” görmək olar, onların içində insanlar olub.

Hazırda fövqəladə hallar xidmətlərinin əməkdaşları suyun səviyyəsinin azaldılması, eləcə də Kuautepek şəhərinin küçələrinin “batağlığa çevrilməsinin” qarşısının alınması istiqamətində iş aparır.

Mənbə: lenta.ru

Share: