ABŞ-dən ilk: Ukraynaya hərbi yardım paketinə seyrəldilmiş uran mərmiləri daxil edəcək

ABŞ administrasiyası ilk dəfə olaraq, gələn həftə açıqlanacağı gözlənilən Kiyevə hərbi yardım paketinə seyrəldilmiş uran zirehli döyüş mərmiləri daxil edəcək.

Bu mərmilər yaxın həftələrdə Ukraynaya gələcək olan Amerikanın “Abrams” tankları üçün nəzərdə tutulacaq. Amerika tərəfi ümid edir ki, seyrəldilmiş uran mərmiləri Ukrayna Silahlı Qüvvələrinə Rusiya tanklarına qarşı daha effektiv hərəkət etməyə imkan verəcək.

Məlumatlı mənbələrin verdiyi xəbərə görə, Kiyevə yeni hərbi yardım paketinə 240-375 milyon dollar dəyərində silahlar daxil olacaq.

Mənbə: “Reuters”

Share: