Mbappe Messinin rekordunu qırdı

Kilian Mbappe Çempionlar Liqasında 40-cı qolunu vurub.

PSJ-nin hücumçusu qrup mərhələsinin 6-cı turunun “Yuventus”la oyununda  birinci hissədə hesabı açıb.

Fransız futbolçu Çempionlar Liqası tarixində 23 yaş, 10 ay və 13 gündə 40 qola imza atan ən gənc oyunçu olub.

O, komanda yoldaşı Lionel Messinin nailiyyətini geridə qoyub. Argentinalı 24 yaş 4 ay 8 günündə (1 noyabr 2011-ci ildə) turnirdəki 40-cı qolunu vurub.

Mənbə: sports.ru

Share: