Amerikalı müəllimə İŞİD-in qadın batalyonuna təlim keçdiyi üçün 20 illik həbs olundu

ABŞ-ın Kanzas ştatında məktəb müəlliməsi İŞİD-in qadın batalyonuna təlim keçdiyini etiraf edib.

42 yaşlı Ellison Flyuk-Ekren 20 il həbs cəzasına məhkum edilib.

Məhkəmə iclasında Ellison Flyuk-Ekrenin böyük qızı anasını ona qarşı zorakılıq etməkdə ittiham edib. Həmçinin 13 yaşında olarkən İŞİD döyüşçüsü ilə evlənməyə məcbur edildiyini bildirib. Bundan əlavə, qadının oğlu müstəntiqlərə bildirib ki, anası onu ABŞ-dan Suriyaya getməyə məcbur edib. Çünki onun haqqında kompromat informasiya verə biləcəyindən ehtiyat edib.

Prokurorluğun məlumatına görə, Flyuk-Ekren 2008-ci ildə əri ilə birlikdə ABŞ-ı tərk edərək Misirə gedib. Əri isə sonradan Suriyada İŞİD snayperlərinin lideri olub.

Amerikalı qadın terror təşkilatında olan qadınlara təlim keçib. Əsasən onlara AK-47 avtomatları, qumbaralar və partlayıcılar quraşdırılmış intihar kəmərləri ilə necə davranmağı öyrədib. Qeyd edilib ki, müttəhimin bəzi tələbələrinin cəmi 10 yaşı olub.

Mənbə: Lenta.ru

Share: