Maşın sürdüyü vaxt kapotun üzərində ilan gördü

Hərəkətdə olan avtomobilinin kapotunun altından sürünərək çıxan ilan sürücüyə qorxulu anlar yaşadıb. Hadisənin görüntüləri maşının qeydiyyat kamerasının yaddaşına köçüb.

Videoda ilanın hava axınları səbəbindən kapotun üzərinə sürünərək yan-bu yana yelləndiyi görünür.

Avstraliyalı qadının sözlərinə görə, ilk fürsətdə maşını saxlayıb. Ancaq ilan kapotun altına geri sürünüb. Onu ancaq səhəri gün tapmaq mümkün olub.

Video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Mənbə: Lenta.ru

Share: