Çinli qadın acılı qida ucbatından dörd qabırğasını sındırdı

Çində bir qadın bol acı ədviyyatlı yemək yedikdən sonra kəskin öskürək tutması keçirib.

O, öskürərkən döş qəfəsində çat səsləri eşidib.

Bir müddət sonra qadın müayinə üçün xəstəxanaya gəlib və burada tomoqrafiyadan sonra ona qabırğalarının sınığı diaqnozu qoyulub.

Həkimlərin sözlərinə görə, xəsarət qadının çəkisinin qeyri-kafi olması səbəbindən baş verib. Belə ki, onun boyu 171 sm, çəkisi isə 57 kq-dır.

Hazırda qadın müalicə olunur və gələcəkdə istədiyi bədən çəkisini əldə etmək üçün fiziki məşqlərə başlamağı düşünür.

Mənbə: gazeta.ru

Share: