Masallıda bazarda başlayan dəhşətli yanğın qəsdən törədilib?

Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.

“Report”un cənub bürosu xəbər verir ki, bu barədə bazarın yeni sahibi Afər Cahangirov deyib.

O, qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlərin yaranmasına səbəb olub.

“Çox güman ki, yanğın qəsdən törədilib”, – deyə o vurğulayıb.

16:21

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə,  Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

15:55

Masallı şəhərində yerləşən və “Köhnə bazar” adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə barədə əlavə məlumat veriləcək.

 

 

Share: