Hindistanda seldə ölənlərin sayı artdı

Hindistanın şimal-şərqində sel nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ölənlərdən 4-ü əsgərdir.

Təbii fəlakət zamanı itkin düşən 100-dən çox insanın axtarışları və yaralanan 26 nəfərin isə müalicəsi davam etdirilir.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda 14 nəfərin öldüyü bildirilirdi.


Share: