Kolumbiyada gənc sel fəlakətindən qazanc əldə etdi

Kolumbiyada güclü leysandan sonra sakinlərdən biri bu böhranı maddi fürsətə çevirib.

Kolumbiya sakininin leysandan qazanc əldə etmə üsulu kameraya əks olunub.

Belə ki, o, sərnişinlərin küçəni keçməsinə imkan yaradacaq mexanizm qurub. Bununla bağlı görüntülərdə qurulan mexanizmə böyük tələbat olduğu görülür.

Küçəni keçmək istəyənlər suyun yüksək olduğu küçədə islanmaq istəmədikdə pul müqabilində bu qurğudan istifadə edirlər.

Paylaşılan görüntülər tez zamanda gündəm olub.

Mənbə: Haber Global

Share: