“OMİD”dən sürpriz lotereya çəkilişi təxirə salındı

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsinə hörmət əlaməti olaraq “OMİDDƏN SÜRPRİZ “adlı tirajlı lotereyanın 17.09.2022-ci il tarixinə nəzərdə tutulan final çəkilişi təxirə salınıb.

Lotereya 24.09.2022- ci il tarixində saat 16:15 də Xəzər Tv-nin efirində canlı yayımlanacaq.

 Şəhid ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin!

 


Share: