İsrail ordusunun Qəzza zolağına endirdiyi güclü zərbələrin nəticələri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail ordusunun dünən gecə Qəzza zolağının şimalına endirdiyi güclü zərbələrin nəticələrinin görüntüləri yayılıb.

Qeyd edilir ki, bu hücum 7 oktyabrda müharibənin başlanmasından bu yana Qəzzaya ən güclü bombardman olub.

İsrail Müdafiə Ordusu (SAXAL) öz növbəsində Qəzzanın şimalında HƏMAS tunelləri də daxil olmaqla 150 yeraltı obyektə hücum etmək üçün 100 döyüş təyyarəsindən istifadə etdiyini bildirib.

Məlumata görə, əməliyyatlar zamanı HƏMAS-ın bir neçə yüksəkrütbəli zabiti, o cümlədən hava hücumundan müdafiə sistemlərinin və pilotsuz təyyarələrin hücumlarına cavabdeh olan Əbu Rakaba öldürülüb.

Yeri gəlmişkən, İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında İsrailin yalnız HƏMAS silahlarını yerə qoyacağı təqdirdə müharibəni dayandıracağını bəyan edib.

 

Share: