İsgəndərun limanında baş verən yanğın söndürülüb – YENİLƏNİB +

İsgəndərun limanında baş verən yanğın söndürülüb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilb ki, zəlzələdən sonra naməlum səbəbdən alışan konteynerlərdəki yanğın dünəndən başlayaraq gecə boyu davam edib və kifayət qədər böyük sahəni əhatə edib.

11:04

Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra İskenderun limanında baş verən yanğın davam edir.

Naməlum səbəbdən alışan konteynerlərdəki yanğın gecə boyu davam edib və getdikcə daha böyük sahəni əhatə edib.

Yanğının nəzarətə alınması üçün işlər davam edir.

Mənbə: Haber Global

Share: