Mourinyo Türkiyəyə Terimlə fotosunu paylaşaraq dəstək oldu

İtaliyanın Roma komandasının baş məşqçisi Joze Mourinyo Türkiyədə baş verən zəlzələ ilə əlaqədar həmrəylik mesajı yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, Mourinyo bu haqda instaqram hesabında paylaşım edib.

“Qalatasaray”ın və A Milli Futbol Komandasının sabiq çalışdırıcısı Fatih Terimlə çəkdirdiyi fotosunu sosial media hesabında paylaşan 59 yaşlı portuqaliyalı məşqçi “Türkiyəli və suriyalı dostlarımı qucaqlayıram”, sözlərini yazıb.


Share: