İranın Zahedan şəhərində polis patrul maşını atəşə tutuldu

İranda etirazçılar polis maşınını atəşə tutublar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Hadisə Zahedan şəhərində baş verib. Hücum edənlər polis avtomobilini atəşə tutaraq hadisə yerini tərk ediblər.

Ölən və yaralanan polislərin sayı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, xalqa qarşı repressiyalara görə Sistan və Bəlucistan əyalətinin Zahedan və digər şəhərlərində polis qüvvələri insanlar tərəfindən nifrətlə qarşılanırlar.

Bir müddət öncə Zahedan küçələrinin birində polis əməkdaşları içərisində bir neçə gəncin olduğu avtomobilə atəş açaraq iki nəfəri qətlə yetiriblər.

 

Share: