“Kukla Teatrında yoxlama davam etdirilmir”

Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar davam etdirilmir.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Nuridə Allahyarova “facebook”da paylaşım edib.

O bildirib ki, Azərbaycan Dövlət Kukla Teatrında yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb: “Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

Share: