İranda narkoloji dispanserdə yanğın: 30-dan çox ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Xəzər dənizi sahilində Ləngərud şəhərindəki (Gilan) narkoloji dispanserdə yanğın baş verib.

Məlumata görə, faciə nəticəsində 32 nəfər həlak olub. Bundan başqa 16 nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

Faciə ilə bağlı tədqiqatlara başlanılıb, dispanserin rəhbəri saxlanılıb.

Mənbə: İsna.ir

Share: