İlon Mask oğurluqda ittiham olundu

Şotlandiyanın “Haddinqton Taun” futbol klubu amerikalı milyarder İlon Maskı onların gerblərini oğurlamaqda ittiham edib.

Belə ki, “SpaceX”in loqosu ilə komandanın emblemi arasında bənzərlik ortaya çıxıb – hər iki gerbdə keçi təsvir olunub.

Klub izah edib ki, onların obrazı 12-ci əsrdə yaranıb və yerli ticarətlə – keçiçiliklə bağlıdır. Amma Maskın niyə keçini seçdiyi məlum deyil.

Buna baxmayaraq, klub nümayəndələri milyarderi məhkəməyə verməyəcəklərini bildiriblər, lakin qeyd ediblər ki, iş adamı FK-ya sərmayə qoymağa qərar verərsə, komanda buna qarşı deyil.

Mənbə: life.ru

Share: