Kaliforniyada böyük neft şirkətləri məhkəməyə verildi

Kaliforniya hakimiyyəti BP, “Exxon Mobil”, “Shell” və “Chevron” da daxil olmaqla, böyük neft şirkətlərini təbii enerji resurslarının yaratdığı ekoloji riskləri aşağı göstərməkdə ittiham edərək məhkəməyə verib.

İddiada enerji şirkətlərinin hərəkətlərinin on milyardlarla dollar ziyana səbəb olduğu bildirilib və müəssisələr ictimaiyyəti aldatmaqda ittiham edilib.

Müvafiq sənəd San-Fransisko Məhkəməsinə təqdim olunub.

“ConocoPhillips” və “American Petroleum Institute” (API) qeyri-hökumət təşkilatı da müttəhimlər sırasındadır.

Qeyd olunur ki, Kaliforniya hakimiyyəti ştatda iqlim fəlakətləri nəticəsində gələcək itkiləri ödəmək üçün fond yaratmağa çalışır.

Mənbə: forbes.ru

Share: