Oxu.az – Harri Potter və II Elizabetin təsviri olan sonuncu sikkə buraxıldı

Böyük Britaniyanın kral zərxanası II Elizabetin təsviri olan Harri Potter seriyasından ən son 50 penslik sikkəni buraxıb.

Harri Potter və Fəlsəfə Daşı kitabının nəşrinin 25-ci ildönümü şərəfinə pulun üzərində Hoqvarts Ekspresi əks olunub. Onun arxa tərəfində isə Əlahəzrət II Elizabetin portreti həkk edilib.

Ümumilikdə kolleksiyaya dörd sikkə daxildir. Onların ilk ikisində mərhum kraliçanın portreti, sonuncu ikisində isə Kral III Çarlzın təsviri var.

Harri Potter pərəstişkarları dörd sikkə dizaynından birini seçə biləcəklər: Harri Potterin özü, Hoqvarts Ekspresi, professor Dambldor və Hoqvarts.

Mənbə: gazeta.ru

Share: