İngilis dilində “ilin ifadəsi” açıqlanıb

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Oksford lüğəti 2022-ci ilin ifadəsi olaraq “goblin rejimi”ni (goblin mode) seçib.

Bu barədə Oksford Dilləri Universitetinin nəşriyyat departamentinin saytında deyilir.

Məlumata görə, “qoblin rejimi” etinasızlıq və tənbəlliklə səciyyələnən davranış növü üçün bir jarqondur. Tipik olaraq, bu davranış sosial normaları və gözləntiləri rədd edir.

“Qoblin rejimi” ifadəsi ilk dəfə 2009-cu ildə “Twitter”də yayılıb. Lakin 2022-ci ilin fevralında bir çox ölkədə COVID məhdudiyyətləri qaldırıldıqda və insanlar evlərini daha tez-tez tərk etməyə başlayanda daha da populyarlaşıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq ilin sözü ictimai səsvermə yolu ilə müəyyən edilib.

Share: