Liz Trass yenidən namizəd olacaq

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass qarşıdan gələn 2024-cü il parlament seçkilərində Cənubi Qərbi Norfolkdan deputat kimi yenidən namizəd olmaq niyyətindədir.

Bu barədə bazar ertəsi Trassın sözçüsü məlumat yayıb.

“Trassın növbəti seçkilərdə yenidən seçilmək istəyini təsdiq etməkdən məmnunam”, – deyə o, bildirib.

Hakim Mühafizəkarlar Partiyasından olan deputatlar 2024-cü ilə təyin edilmiş seçkilərdə iştirak edib-etməyəcəkləri barədə dekabrın 5-i axşam saatlarınadək partiya rəhbərliyinə məlumat verməlidirlər. Böyük Britaniyada hökumətin bütün yüksək vəzifəli üzvləri İcmalar Palatasının üzvləridir, ona görə də Trass baş nazir postundan ayrıldıqdan sonra da parlamentdə iştirakına davam edib.

Mənbə: TASS

Share: