Ekskavatordan istifadə edərək pulla dolu bankomatları oğurlayıblar

Böyük Britaniyanın Kent qraflığında ekskavatordan istifadə edərək pulla dolu bankomatları oğurlayan iki kişi 8 və 7 il həbs cəzasına məhkum edilib.

Həmin şəxslər əvvəlcə ekskavatoru oğurlayıblar, sonra onun köməyi ilə bina, iaşə obyektlərinin qarşısında quraşdırılan bankomatları götürüb kəndə aparıblar.

Orada onları bankomatlar açılıb pulları götürüləndən sonra bütün sübutları məhv etmək üçün texnikanı yandıraraq məhv ediblər.

Məhkəmədə hər iki şəxs quldurluq etdiklərini boyunlarına alıblar.

 

Mənbə: Daily Mail

Share: