Britaniya səfirliyinin əməkdaşı Rusiyaya casusluq etdi

Britaniya səfirliyinin təhlükəsizlik işçisi Devid Smit Almaniyanın Berlin şəhərində Britaniya səfirliyində işləyərkən Rusiyaya casusluq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Devid Smit hadisəni məhkəmə zalında dilə gətirib.

Beləki, Smit Böyük Britaniyaya və 8 il işlədiyi səfirliyə ziyan vurmaqda ittiham olunduqdan sonra ona qarşı irəli sürülən ittihamları etiraf edib.

O, 14 il həbs cəzasına məhkum edilib.

 


Share: